AZ

“Üçüncü Dünya müharibəsi ikincisindən on dəfə ağır olacaq”

BAKI, 16 aprel. TELEQRAF

“Üçüncü Dünya müharibəsi İkinci Dünya müharibəsi ilə müqayisədə on dəfə daha ağır faciə ola bilər”.

Teleqraf xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva deyib.

“Bizim sevimli BMT-miz hər məsələdə kifayət qədər yararsızdır. Üçüncü Dünya müharibəsi İkinci Dünya müharibəsindən on dəfə daha ağır faciə olardı”, - o bildirib.

Braziliya Prezidenti qeyd edib ki, belə bir ssenarinin qarşısını almaq üçün çoxtərəfli əməkdaşlıq və demokratiya gücləndirilməlidir. Silvanın fikrincə, artıq BMT-nin roluna yenidən baxmağın vaxtı çatıb, çünki beynəlxalq institutlar yaradıldıqları funksiyanı tam yerinə yetirmirlər.

Seçilən
13
teleqraf.com

1Mənbələr