Geyimi ilə bağlı verdiyi açıqlamalarla gündəm olan Qumral Musayeva insanların onnu səhv anladıqlarını söyləyib.
Adalet.az-a açıqlama verən müğənni yalnız efirdə qapalı geyinmək fikrində olduğunu bildirib:
“İnsanlar məni linç edir. Sosial şəbəkələrdə haqqımda mizah olaraq hər sözü yazırlar. Mənim işim məscidlə yox, efirlərlədir. Mən çadra və ya hicabla gəzməliyəm? Mənə lağ edənlər məndən də açıq- saçıb geyinirlər. Sadəcə biz müğənnilər tanınmış simalarıq. Ona görə kütlənin diqqətini çəkirik. Diqqətlə baxsanız, görərsiniz ki, mən demiəm ki, efirlərdə nisbətən qapalı geyinməyi düşünürəm. Ancaq bu tərz geyimlərin mənim sosial həyatıma aidiyyəti yoxdur. Mən idman zalında çadra geyinməli və ya uzun ətəklə məşq etməli deyiləm ki. Ailəmlə istirahətə gedəndə rahat tərzdə geyinmək hamı kimi mənim də haqqımdır. Geyimlərim insanlara niyə bu qədər qıcıq verir, anlamıram. Həddimi aşacaq qədər geyimlər geyinmirəm. Lüt gəzmirəm ki. Mən də hamı kimi geyinirəm”.
Əntiqə Kərimzadə