AZ

İrandan sensasiya: Bu ölkə bütünlüklə bizə məxsusdur!

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəhreyn İrana məxsusdur, həmin ərazinin əhalisi özlərini iranlı hesab edir.

Bakupost.az xəbər verir ki, bu barədə İranın ali rəhbərliyinə yaxın “Keyhan” qəzeti yazıb.

“Bəhreyn sakinləri fars dilində danışır və öz əsas vətənləri (İran nəzərdə tutulur – red.) ilə birləşmək istəyirlər. Həmin ölkənin liderləri isə mühakimə olunmalı və cəzalandırılmalıdır.

Bəhreynin kukla liderləri bu adanın ərazisini ABŞ və İsrailə İrana qarşı hərbi hücum məqsədilə istifadə etməyə veriblər. Buna görə də onlar yalnız hakimiyyətdən uzaqlaşdırılmalı deyil, həm də mühakimə olunaraq cəzalandırılmalıdırlar”, - nəşr bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
www.bakupost.az

4Mənbələr