AZ

Kilian Mbappe Çempionlar Liqasında özünəməxsus rekorda imza atdı

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Madrid "Real"ının hücumçusu Kilian Mbappe Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.

BAKU.WS xəbər verir ki, fransalı futbolçu turnirin tarixində bir mövsüm ərzində səfər oyunlarında 10 qol vuran ilk oyunçu olub.

Mbappenin yubiley - 10-cu səfər qolu 2025/2026 mövsümünün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə qeydə alınıb. O, Almaniyada keçirilən matçda 42-ci dəqiqədə fərqlənib. Lakin qarşılaşma "Bavariya" futbolçularının 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "Real Madrid" turnirlə vidalaşıb.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi PSJ klubudur. Fransa təmsilçisi ötən mövsümün finalında "Milan" üzərində 5:0 hesablı inamlı qələbə qazanaraq kuboku başı üzərinə qaldırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
baku.ws

2Mənbələr