AZ

Şəhid ailələri üçün tikilən bina təhlükədə - VİDEO

Şəhid ailələri üçün tikilən bina təhlükədə - VİDEO

Üç binanın zirzəmisinə 18 gündür fasiləsiz su dolur.

AFN.az "Xəzər TV"-yə istinadən xəbər verir ki, sakinlər suyu nasoslar vasitəsilə təmizləməyə çalışsalar da, suyun səviyyəsi artmaqda davam edir. Söhbət paytaxt Bakının Sabunçu rayonu, Savalan yaşayış massivində qazi və şəhid ailələri üçün inşa edilmiş yaşayış kompleksindən gedir.

Sakinlər bildirirlər ki, günlərdir davam edən problem onların həyat və yaşayış şəraitini çətinləşdirib. Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Leyla Bədirbəyli küçəsində yerləşən 12 binadan ibarət yaşayış kompleksində 3 binanın zirzəmisinə yığılan suların kənarlaşdırılması məqsədilə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən nasos quraşdırılıb və hazırda işlək vəziyyətdədir.

Həmçinin qeyd olunub ki, rayonun bəzi qəsəbələri istisna olmaqla, digər ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından, aramsız yağıntılar zamanı məişət, yağış və qrunt sularının kənarlaşdırılmasında çətinliklər yaranır. Bu şəbəkənin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində həyata keçirilir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirilib ki, sözügedən ünvana baxış keçirilib və hər hansı su və ya kanalizasiya xəttində axıntı aşkarlanmayıb. Analizin nəticəsinə görə, zirzəmiyə dolan suyun qrunt suyu olduğu müəyyənləşdirilib və sakinlərə bununla bağlı məlumat verilib.

Seçilən
7
14
afn.az

10Mənbələr