AZ

Bülent Ersoy son anda səhnəyə çıxmaqdan imtina etdi

Bülent Ersoy son anda səhnəyə çıxmaqdan imtina etdiMəşhur "Gırgıriye Müzikali" layihəsi hələ səhnəyə çıxmamış qalmaqalla gündəmə gəlib.

Sonxeber.az türk mediasıına istinadən xəbər verir ki, layihədə rol alması gözlənilən Bülent Ersoyun son anda layihədən ayrıldığı iddiaları yayılıb.

Məlumata görə, layihədə mühüm rol alacağı gözlənilən sənətçi hazırlıq prosesinin ən kritik mərhələsində komandadan ayrılıb. Bu qəfil qərar sənət cameəsində müxtəlif suallar doğurub və müzakirələrə səbəb olub.

Kulis məlumatlarına əsasən, ayrılığın səbəbi məşq prosesində yaranan problemlərlə bağlıdır. Lakin tərəflərdən rəsmi açıqlama verilmədiyi üçün iddialar hələlik təsdiqini tapmayıb.

Layihə ilə bağlı danışan Müjdat Gezen isə Bülent Ersoyla əlaqə saxlaya bilmədiyini bildirərək, "Zənglərimə cavab vermir, niyə ayrıldığını bilmirəm" sözləri ilə diqqət çəkib.

Hadisənin təfərrüatları ilə bağlı qeyri-müəyyənlik davam edir.

Seçilən
21
sonxeber.az

1Mənbələr