AZ

Metroda bunu edənlər 200 AZN CƏRİMƏLƏNƏCƏK

Paytaxt metrosunda sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qaydaların pozulmasına görə tətbiq olunan cərimələr mövcuddur.

Day.Az xəbər verir ki, bu tələblər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və metrodan istifadəni tənzimləyən normativ qaydalar əsasında müəyyən edilir.

Xüsusilə təhlükəsizlik cihazlarından əsassız istifadə edənləri ciddi cərimələr gözləyir. "Sərnişin-maşinist" rabitəsindən lüzumsuz istifadə və ya eskalatorun stop düyməsini səbəbsiz basmaq 200 AZN cərimə ilə nəticələnir. Metro yoluna əşya atmaq və qapalı texniki sahələrə daxil olmaq da yüksək məbləğdə maliyyə sanksiyası yaradır.

Qatar daxilində qaydalar Bakı Metropoliteni QSC tərəfindən müəyyən edilir. Qapıları zorla açmaq və ya bağlanmasına mane olmaq 50 AZN, elektrik şəbəkəsinə icazəsiz qoşulmaq isə 70 AZN cərimədir. Böyük və təhlükəli yüklərin daşınması da qadağandır.

Stansiya və eskalatorlarda da nəzarət güclüdür. Eskalator qaydalarını pozmaq 15 AZN, ventilyasiya zonalarında qayda pozuntusu 25 AZN-dir. Metropoliten ərazisində siqaret çəkmək, dilənçilik, icazəsiz ticarət və sərxoş halda metroya daxil olmaq isə inzibati məsuliyyət yaradır.

Nəsimi Ələsgərli

Seçilən
22
day.az

1Mənbələr