KİV: ABŞ və İran arasında ixtilaflar azalıb
Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfəri bəzi məsələlərdə ABŞ və İran arasında ixtilafların azalmasına səbəb olub, amma fundamental fərqlər hələ də qalmaqdadır.
aia.az xəbər verir ki, bunu İranın yüksək səviyyəli rəsmisi “Reuters“ə açıqlamasında deyib.
İranlı rəsmi atəşkəsin uzadılması və ABŞ-la danışıqların ikinci raundunun keçirilməsi üçün daha çox ümid yarandığını əlavə edib.
“İranın yüksək həddə zənginləşdirilmiş uranı və nüvə məhdudiyyətlərinin müddəti ən problemli mövzular arasındadır və bunlar üçün heç bir həll yolu tapılmayıb”,- anonim rəsmi bildirib.
Qeyd edək ki, İran və ABŞ ötən həftə İslamabadda 21 saatlıq danışıqlar aparıb və bu danışıqlar nəticəsiz qalıb.
İran ABŞ-ın tələblərinin həddən artıq olduğunu əsas gətirərək şərtləri qəbul etməyib.
aia.az