AZ

Müştəridən “Kapital Bank”a ittiham:- "Bank köməklik etməkdə tənbəllik edir"

Bakı sakini Azər Həsənov sosial şəbəkədə “Kapital Bank”ın xidmətindən narazılığını ifadə edərək, bankı müştəri məmnuniyyətinə qarşı laqeydlikdə ittiham edib.

AzPost xəbər verir ki, vətəndaşın bildirdiyinə görə, hadisə yanlışlıqla edilən pul köçürməsi zamanı baş verib. Belə ki, müştəri dostunun “Bakcell” nömrəsinə səhvən 71 manat məbləğində vəsait yükləyib. Məsələ ilə bağlı mobil operatorla əlaqə saxlayan vətəndaşa bildirilib ki, əməliyyatdan sonra 24 saat keçməyibsə, bankın rəsmi sorğusu əsasında məbləği geri qaytarmaq mümkündür.

“Bakcell kömək etdi, Bank isə yox”

Şikayətçi qeyd edir ki, “Bakcell” tərəfindən məsələyə operativ reaksiya verilsə də, “Kapital Bank” vəsaitin geri qaytarılması üçün lazımi addımları atmaqdan imtina edib:

“Bakcell ilə əlaqə saxladıq, sağ olsunlar ətraflı məlumat verdilər. Kapital Bank ilə əlaqə saxladıqda isə heç cür özlərini əziyyətə salıb məbləği geri qaytarmaqda köməklik etmək istəmirlər.”

Hesabını bağlamaqla hədələdi

Bankın göstərdiyi münasibəti “tənbəllik” kimi qiymətləndirən Azər Həsənov, bu halın müştəri məmnuniyyəti prinsiplərinə zidd olduğunu vurğulayıb. O, problemin həll olunmayacağı təqdirdə “Kapital Bank”dan imtina edəcəyini və vəsaitlərini digər banklara köçürəcəyini bildirib:

“Əgər bank müştəri məmnuniyyəti üçün xırda bir əməliyyatı yerinə yetirməkdə tənbəllik edirsə, hesabımı digər bank kartlarında saxlamağı daha məqsədəuyğun hesab edirəm.”

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Seçilən
25
1
azpost.info

2Mənbələr