Azərbaycanda davamlı iqtisadi artımın təmin edilməsi üçün daxili tələbin sabit saxlanılması, kiçik və orta bizneslərin (KOB-ların) sistemli şəkildə dəstəklənməsi və ixracyönümlü istehsalın stimullaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və yeni iş yerlərinin yaradılmasına şərait yaradır.
Məsələ ilə bağlı "İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri Eyyub Kərimli öz münasibətini bildirib.
QHT.az Eyyub Kərimlinin fikirlərini təqdim edir:
"Son statistik göstəricilərə dair:
Qısaca desək, Azərbaycan üçün iqtisadi daralmanın qarşısını almağın yolu üç əsas sütuna dayanmalıdır:
tələbin qorunması, biznesin stimullaşdırılması və yeni artım mənbələrinin açılması.
Əgər bu üç istiqamət paralel və koordinasiyalı şəkildə həyata keçirilsə, 0.3%-lik zəif artım daha dayanıqlı yüksəlişə çevrilə bilər. Artıq iqtisadi meydanı tam KOB subyektlərinə təhvil verilməsi zamanıdır.
Dövlət sifarişləri yerli istehsalı stimullaşdırmalıdır. KOB lar üçün inzibati maniyələr minimuma endirilməlidir. İxracyönümlü istehsallara güzəştli kreditlər və maliyyə dəstəyi dövlət tərəfindən artırılmalıdır".