AZ

255 nəfərin diplomu tanınmayıb - Agentlik

2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə APA-ya Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Müraciətçilərin 1050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət qeydə alınıb.


Telegram kanalımız
Seçilən
9
1
yenisabah.az

2Mənbələr