AZ

Azərbaycan ət idxalını artırıb

2026-cı ilin ilk üç ayında ölkəyə 12 299,76 ton ət idxal olunub. İdxal olunan ətin statistik dəyəri isə 28,63 milyon ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 

Müqayisə üçün, 2025-ci ilin eyni dövründə Azərbaycana 11 889,75 ton ət idxal edilmişdi. Həmin dövrdə ətin idxal dəyəri 24,82 milyon ABŞ dolları olub.

Beləliklə, illik müqayisədə ət idxalının həcmi təxminən 3,4 %, dəyəri isə 15 %-dən çox artıb.

2026-cı ilin ilk rübündə ət idxalı ölkənin ümumi idxalında 0,71 % paya malik olub.

Gülnar Nazimqızı 

Seçilən
2
2
anews.az

3Mənbələr