AZ

Ölkə üzrə ictimai iaşə dövriyyəsi 5 faizdən çox artıb

Bu ilin yanvar-mart aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,2 faiz artaraq 630,0 milyon manat olub.

Dövlət Statistika Komitəsinin hesabatına görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxslərin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 312,2 milyon manat təşkil edib.

Seçilən
0
8
vergiler.az

10Mənbələr