AZ

100 manatlıq əsginaslar buna görə dəyişdirilirmiş Diqqət

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, iyulun 15-dən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 100 manatlıq pul nişanını tədavülə buraxacaq. Uzun illərdir evində 100 manatlıq əsginaslar saxlayanların sayı kifayət qədərdir.

Bu vəziyyət gələcəkdə hər hansı problem yarada bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, yeni əsginasların mütəmadi olaraq dövriyyəyə buraxılması adi haldır:

“Bu proses əsasən dizayn dəyişiklikləri və təhlükəsizlik elementlərinin artırılması ilə bağlıdır. Qlobal çağırışlar pul əsginaslarının həm dizaynına, həm də təhlükəsizlik xüsusiyyətlərinə vaxtaşırı yenidən baxılmasını zəruri edir. Yeni 100 manatlıq əsginasın dövriyyəyə buraxılması köhnə pulların istifadədən çıxarılması demək deyil. Ümumiyyətlə, dünya praktikasında yeni dizaynlı əsginaslar dövriyyəyə daxil edilərkən köhnə əsginaslar dərhal dövriyyədən çıxarılmır. Sadəcə, Mərkəzi Bank pul dövriyyəsinə uyğun şəkildə köhnə dizaynlı əsginasların mərhələli şəkildə dövriyyədən çıxarılmasını təmin edir. Belə ki, vəsaitlər vətəndaşlar vasitəsilə banklara, banklar vasitəsilə isə Mərkəzi Banka daxil olur. Bu zaman köhnə əsginaslar tədricən dövriyyədən çıxarılır və onların yerini yeniləri tutur. Nəticədə, yeni dizaynlı əsginasların payı artır”.

Deputatın sözlərinə görə, yeni dizaynlı əsginasların dövriyyəyə buraxılması hazırda vətəndaşların istifadəsində olan köhnə dizaynlı pulların işlədilməsində heç bir çətinlik yaratmır:

“Bununla belə, vətəndaşlar Mərkəzi Bankın bu istiqamətdə verdiyi rəsmi açıqlamaları diqqətlə izləməlidirlər. Çünki yeni dizaynlı əsginaslar dövriyyəyə buraxılarkən, adətən, Mərkəzi Bank tərəfindən izahedici məlumatlar təqdim olunur”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
globalinfo.az

2Mənbələr