AZ

Livan prezidenti İsraillə birbaşa danışıqlar üçün atəşkəsi ilkin şərt kimi önə sürüb


Livan Prezidenti Cozef Aun İsraillə birbaşa danışıqlar üçün atəşkəsin bərqərar olmasının vacibliyini vurğulayıb.

“Al Jazeera”nın xəbərinə görə, Aun atəşkəsin birbaşa danışıqlar üçün başlanğıc nöqtəsi olacağını bildirib.

Prezident hökumətin Livanın cənubunda və bütün bölgələrdə eskalasiyanı dayandırmağa can atdığını deyib.

O, İsraillə baş tutacaq potensial danışıqlarda yalnız hökumət üzvlərinin iştirak edəcəyini əlavə edib.

“İsrail qüvvələrinin Livan ərazilərini tərk etməsi atəşkəsin möhkəmlənməsi üçün vacib addımdır. Beynəlxalq qanunla müəyyən olunmuş sərhədlərə Livan ordusu yerləşdirilməlidir”,- prezident qeyd edib.

Seçilən
9
9
apa.az

10Mənbələr