AZ

Emin Əmrullayev Xaçmazda

Emin

Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub, tapşırıqlar veribElm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində olub.Ulusum.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarında keçirilən dərs prosesini izləyib, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı tədrisin keyfiyyəti, təhsil mühitinin təşkili və şagirdlərin bilik və bacarıqlarının inkişafı məsələləri müzakirə olunub.Sonra nazir peşə təmayüllü siniflər, STEAM yanaşmasının tətbiq olunduğu tədris mühiti, müasir tədris metodlarının tətbiqi ilə yaxından tanış olub, eləcə də "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində təşkil edilən dərsləri izləyib. Məktəbdə həyata keçirilən tədris prosesi və mövcud infrastruktur barədə nazirə ətraflı məlumat təqdim olunub.Nazir tərəfindən təhsil prosesinin daha da təkmilləşdirilməsi, innovativ yanaşmaların genişləndirilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

Diqqət Çəkənlər

Kiberhücum, yoxsa texniki xəta? – RƏSMİ AÇIQLAMA

Zamanın nəbzini tutan xanım!

ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat

Seçilən
4
14
ulusum.az

10Mənbələr