AZ

Bakının su və kanalizasiya sistemi yüz illər bundan əvvəl qurulub Aydın Mirzəzadə

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bakı və Abşeron ərazisinə yağan yağışlardan sonra müxtəlif ərazilərdə yollarda çökmə halları baş verib. Artıq neçə gündür bu kimi hadisələrlə üzləşir, yaxud xəbərlər eşidirik.

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Aydın Mirzəzadə bildirdi ki, intensiv yağışlardan sonra su və kanalizasiya sistemində, bəzi yollarda müəyyən problemlər ortaya çıxır və bu, həmin sahələrə daha çox diqqət yönəltməyə imkan verir:

"Cənab prezidentin rəhbərliyi ilə bu ilin əvvəlində Bakı-Abşeron zonasında su təchizatının yaxşılaşdırılması ilə bağlı böyük bir müşavirə keçirildi, dövlət proqramı qəbul edildi və həmin proqramın həyata keçirilməsi üçün çox böyük işlər görülür. Bu günlərdə su və kanalizasiya kollektorlarının üzərində tikilən evlərin artıq yeri müəyyənləşdirilir, həmin problemin həll edilməsi üçün işlər aparılır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Bakının su-kanalizasiya sistemi yüz illər bundan əvvəl qurulub. Bakıda son onilliklərdə əhali sayı artıb, hərəkətin intensivliyi çoxalıb. Buna görə də su sisteminin yenilənməsi bu gün vacib məsələlərdən biridir. Bu istiqamətdə işlər görülür".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr