AZ

Bacco da İtaliyaya görə narahatdı

İtaliya yığmasının sabiq oyunçusu Dino Bacco bu ölkənin futbolunun indiki durumu ilə bağlı fikirlərini bölüşüb.

"Football-plus.az" xatırladır ki, “skuadra adzurra” ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib:

“Düzü, oynadığım vaxtdan bəri çox şey dəyişib. Gənclərin inkişafına mənim oynadığım vaxtlardakı qədər çox sərmayə qoymurlar. O vaxtlar biz həqiqətən də əla futbolçular yetişdirirdik. İndi futbolumuz və A seriyası darıxdırıcı hala gəlib. Əvvəllər sürətli oyuna və əks-hücumlara daha çox diqqət yetirilirdi. Ciddi konsentrasiya, ağıllı strategiya var idi. İndi futbolçular topu ötürməkdən zövq almağa çalışırlar. Onlar bundan həzz alırlar... Düzünü desəm, hər şey məni bezdirib. Oyun öz fərdiliyini itirib. Liqamız tam formalaşmış, hazır oyunçular istəyir. Artıq superulduzlar yetişdirlmir. Bundan əlavə, liqamızdakı oyunçuların 99,9 faizi əcnəbilərdi. İtalyanlar üçün əsas heyətə düşmək çətindi. Hətta mənim üçün də bu gün çətin olardı. Bu təhlükəlidir. Vəziyyət dəyişməsə, nə baş verəcəyini bilmirəm”.
Seçilən
19
1
football-plus.az

2Mənbələr