AZ

“Turan Tovuz”dan legioner qapıçı ilə bağlı qərar

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Turan Tovuz"un qapıçısı Sergey Samokla bağlı qərarı bəlli olub. Sport24.az-ın bölgə təmsilçisinə yaxın mənbədən əldə etdiyi məlumata görə, baş məşqçi Kurban Berdıyev növbəti mövsümdə də 25 yaşlı çərçivə qoruyucusunu sərəncamında görmək istəyir.Samok cari mövsümün ikinci yarısında sərgilədiyi stabil oyunla məşqçilər korpusunun etimadını qazanıb. Bu səbəbdən klub onunla yola davam etməyə üstünlük verir.Hazırda tərəflər arasında danışıqlar gedir. Bildirilir ki, rusiyalı qapıçıya ölkəsindən də müəyyən təkliflər var və bu amil danışıqlar prosesini bir qədər uzadır.Qeyd edək ki, Sergey Samok 2024-cü ildən "Turan Tovuz"un formasını geyinir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
sport24.az

1Mənbələr