AZ

“Azərbaycan Dəmir Yolları” Sabunçuda yolun çökməsinə münasibət bildirib

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Azərbaycan Dəmir Yolları" QSC Bakının Sabunçu qəsəbəsində Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən və avtomobillərin maneəsiz hərəkəti üçün inşa edilmiş yeraltı yolda baş vermiş çökməyə münasibət bildirib.

Qurumdan qeyd edilib ki, tuneldə yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub.

"Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq", - məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
azpolitika.info

4Mənbələr