AZ

Belə qadınlar zəif iradəli kişilər böyüdürlər

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Rusiya Dövlət Dumasının Ailə, atalıq, analıq və uşaqlarla bağlı məsələlər komitəsinin sədri Nina Ostanina ölkədə solo-analığın yayılmasını mənfi tendensiya kimi qiymətləndirib və qanunvericilərin bu məsələ ilə məşğul olacağını bildirib.Onun sözlərinə görə, hazırda atanın uşağın tərbiyəsinə təsirini öyrənmək məqsədilə elmi araşdırmalar sifariş edilib:“Biz artıq atalıq faktorunun uşaqların tərbiyəsinə təsiri ilə bağlı elmi tədqiqatlar sifariş etmişik. Uşağın yalnız ana tərəfindən böyüdülməsinin sonradan onun sosiallaşmasına təsir göstərəcəyini anlayırıq. Təhsil müəssisələrində qadın tərbiyəsinin nəticələrini artıq hiss edirik. Daha sonra isə feminizm çalarları olan zərif kişilər meydana çıxır. İradənin, daxili dayaq nöqtəsinin olmaması bütün bunlar qadın tərbiyəsinin nəticəsidir”.Ostaninanın fikrincə, atasız böyüyən uşaqlar gələcəkdə də tək valideynli ailə modelini davam etdirə bilərlər. Deputat həmçinin xatırladıb ki, Rusiyada subay kişilərə surroqat analıq xidmətindən istifadə etmək qadağandır və bu kontekstdə qadınlarla bağlı məsələlərin də nəzərdən keçirilməsinin vaxtının çatdığını vurğulayıb:“Əgər belə bir tendensiya mövcuddursa, qanunvericilər buna ciddi diqqət yetirməlidirlər”.Deputat kişilər tərəfindən məyus qalan qadınlara Ukraynada aparılan hərbi əməliyyatlarda iştirak edən hərbçilərə diqqət yetirməyi də tövsiyə edib. Onun fikrincə, məhz bu şəxslər “əsl kişilər” hesab edilə bilər:“Qadınlar hərbçilərlə əlaqə qurmağın yollarını tapmalı, onları dəstəkləməli və geri qayıtmalarını gözləməlidirlər. Məhz xüsusi hərbi əməliyyat zonasında əsl kişilər var”.Ostanina ata olmadan, donor vasitəsilə süni mayalanma (EKO) yolu ilə uşaq dünyaya gətirilməsini isə ənənələrdən uzaqlaşma kimi qiymətləndirib və bu məsələ ilə bağlı statistik məlumatların əldə olunması üçün Səhiyyə Nazirliyinə müraciət edəcəyini bildirib.Xatırladaq ki, Rusiyada “solo-analıq” fenomeni son illərdə getdikcə daha çox yayılır. “Baza” Telegram kanalının məlumatına görə, son dörd ildə donor vasitəsilə EKO proseduruna müraciət edən qadınların sayı 50% artıb. Bu xidmətə daha çox 30-45 yaş aralığında olan və ailə qurmaq üçün uyğun tərəfdaş tapa bilməyən qadınlar müraciət edirlər. “Subay ana” statusundan fərqli olaraq, solo-ana uşağı həyat yoldaşı olmadan böyütmək qərarını şüurlu şəkildə özü verir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
demokrat.az

1Mənbələr