AZ

Rusiyaya DƏHŞƏTLİ hücum: Ölənlər var, Ukrayna Donbasda İRƏLİLƏYİR – TV Musavat

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində Slavyansk və Kostyantinovka istiqamətlərində irəliləyiblər. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna qoşunlarının Zakitnenin mərkəzində və Slavyanskın şimal-şərqində irəliləyişi qeydə alınıb. Bundan əlavə, mənbə Ukrayna ordusunun Kostyantinovka-Drujkivka taktiki zonasında irəlilədiyini bildirib.

ISW qeyd edib ki, Ukrayna müdafiə qüvvələri Rusiya ordusunun Kostyantinivkanı ələ keçirmək cəhdlərinin qarşısını almağa davam edir.

Ukrayna ordusunun Rusiyanın Tuapse şəhərinə dron hücumu nəticəsində iki nəfər ölüb. Krasnodar diyarının qubernatoru Venyamin Kondratyev bildirib. Onun sözlərinə görə, PUA hücumu nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.

Tuapse rayonunda fövqəladə vəziyyət elan edilib. Dron qalıqları 24 şəxsi və altı mənzil binasına, eləcə də iki təhsil müəssisəsinə və bir musiqi məktəbinə ziyan vurub.

Baş verən dron hücumu bölgənin digər sahil şəhərlərinə də təsir edib. Soçidə iki şəxsi evə və bir mənzil binasına düşən PUA hissələr ziyan vurub.

Daqomısdakı uşaq bağçası binasına da ziyan dəyib. Ərazi mühasirəyə alınıb və uşaqlar müəssisənin başqa bir binasına yerləşdirilib.

Novorossiyskdə dron qalıqları mülki gəmiyə dəyib və yanğın tez bir zamanda söndürülüb. Bir nəfər yaralanıb, Novorossiyskdəki xəstəxanaya aparılıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Qabil Hüseynli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
19
musavat.com

1Mənbələr