ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Amerik Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 296,265 milyon ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 162,5 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.
Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,15%-i həcmində olub.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan ABŞ-yə 22,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 milyon ABŞ dolları və ya təqribən 41,7% çoxdur.
Dövr ərzində Azərbaycandan ABŞ-yə ixrac əməliyyatlarının 18,3 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib. Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında ABŞ 2,13% payla 9-cu yerdə qərarlaşıb. ABŞ-yə qeyri-neft məhsullarının ixracı ötən ilin ilk üç ayındakı göstərici ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 16,4% artıb.
Hesabat dövründə Azərbaycan Amerik Birləşmiş Ştatlarından 274 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 156 milyon ABŞ dolları və ya 2,3 dəfə artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və ya 21,9% azdır.
Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar və ya 29,3% azalıb.
Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə çoxdur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.