AZ

"Liverpul" ulduzu barədə bəd xəbəri açıqladı

“Liverpul” hücumçusu Uqo Ekitikenin zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.

Publika.az xəbər verir ki, İngiltərə klubu Çempionlar Liqasında PSJ-yə qarşı keçirilən oyunun (0:2) ilk hissəsində meydanı tərk etmək məcburiyyətində qalan fransalı futbolçunun durumunun ağır olduğunu bildirib:

“Müayinələr axilles vətərinin qopduğunu təsdiqləyib. Buna görə də Ekitike mövsümün qalan hissəsini buraxacaq və bu yay Fransa millisinin heyətində dünya çempionatında iştirak edə bilməyəcək. Əlavə məlumat yaxın vaxtda veriləcək”.

Cari mövsümdə 23 yaşlı Uqo Ekitike “Liverpul” forması ilə 45 oyuna çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

Seçilən
4
publika.az

1Mənbələr