Azərbaycanın tanınmış aparıcısı, Əməkdar artist Nailə İslamzadə sosial şəbəkədə diqqətçəkən açıqlama ilə çıxış edib.
Nailə İslamzadə son müsahibələrindən birində fikirlərinin təhrif olunduğunu qeyd edərək buna etirazını bildirib. Onun sözlərinə görə, səsləndirdiyi fikirlərin düzgün təqdim olunmaması həm mətni, həm də şəxsiyyətini yanlış şəkildə əks etdirir.
Aparıcı jurnalistikanın əsas prinsiplərindən birinin müsahibi olduğu kimi təqdim etmək olduğunu xatırladaraq, bəzi hallarda bu qaydaya əməl edilmədiyini deyib. O, oxucu diqqəti naminə həqiqətin dəyişdirilməsinin yolverilməz olduğunu vurğulayıb.
Sonda sənətçi açıq şəkildə bəyan edib ki, əgər onun sözlərinə və mövqeyinə hörmət göstərilməyəcəksə, bundan sonra heç bir media qurumuna müsahibə verməyəcək./Milli.Az