Artan qiymətlər və iqtisadi çətinliklər fonunda bəzi vətəndaşlar kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir.
Day.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, belə hallarda çıxış yollarından biri kredit şərtlərinin dəyişdirilməsi, yəni restrukturizasiyadır.
Bu həm istehlak, həm də biznes kreditlərinə şamil oluna bilər.
Bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun sözlərinə görə, restrukturizasiya üçün müştərinin rəsmi müraciəti, gəlir sənədləri və yeni ödəniş planı təqdim olunmalıdır. Bank isə müştərinin maliyyə vəziyyətini və risklərini qiymətləndirərək qərar verir. Hər müraciət müsbət nəticələnmir və proses asan deyil.
İqtisadçılar qeyd edirlər ki, kredit şərtləri əsasən gəlir azalması, iş itkisi, biznesdə geriləmə və iqtisadi faktorlar səbəbindən dəyişdirilə bilər. Restrukturizasiya ödəniş müddətinin uzadılması və ya qrafikin yenilənməsi ilə həyata keçirilir, lakin yekun qərar bankın risk qiymətləndirməsindən asılıdır.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli