Xəbər verdiyimiz kimi, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.
Dövlət Gömrük Komitəsindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, idxal olunan mal Niderlanddan gətirilmiş qızılgüldür.
““Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən, idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi qeyd olunub”, – deyə açıqlamada qeyd olunub.