GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikləri olub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, icra başçısı Sahir Məmmədxanov əmr imzalayıb.
İcra başçısının əmri ilə Nailə Laçınova icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun müdiri təyin olunub. O, bu təyinatadək həmin sektorda məsləhətçi işləyib.
İcra başçısının digər əmrləri ilə Anjelika Qubatova Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi, Marina Sərdarova isə Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun məsləhətçisi vəzifəsinə təyinat alıblar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.