AZ

Azərbaycanda "Yaşıl hidrogen" istehsalına dair fəaliyyət planı hazırlanır - EKSKLÜZİV

Azərbaycanda "Yaşıl hidrogen" istehsalı ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə detallı fəaliyyət planı hazırlanır.

Bunu "Far.Az"a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

"Yaşıl hidrogen"lə bağlı biz strateji baxış sənədimizi COP29 çərçivəsində ictimaiyyətə təqdim etdik. Energetika Nazirliyi bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi və dünyanın nüfuzlu şirkətlərindən birinin cəlb olunması ilə detallı fəaliyyət planı hazırlayır. Müvafiq qanunvericilik dəyişiklikləri, pilot layihələr, hədəf rəqəmlər və digər məsələlər bu istiqamətdə işlənilir. Yəqin ki, çox qısa bir müddətdə, yayın sonuna qədər həmin sənəd təqdim olunacaq", - deyə o qeyd edib.

Seçilən
41
1
far.az

2Mənbələr