Ajans.az xəbər verir ki, aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq. Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Belə ki, yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.