Bakı. Trend:
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılovaİstanbulda keçirilən IPU-nun 152-ci Assambleyası çərçivəsində QadınParlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib.
Bu barədə Trendxəbər verir.
S. Mikayılova, xüsusilə, Komitənin fəaliyyəti və vəzifələri,IPU-nun cari Assambleyasında qadınların iştirak dinamikası, eləcədə dünya ölkələrinin milli parlamentlərində gender balansı iləbağlı vəziyyəti barədə məlumat verib.
Xatırladaq ki, deputat Sevil Mikayılova Azərbaycan RespublikasıMilli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığına əsasən,IPU-nun 152-ci Assambleyasında iştirak edir.
Assambleyanın yekunlarına əsasən fövqəladə məsələ üzrə və daimikomitələrin mövzuları üzrə qətnamələr qəbul ediləcək. Bu mövzularaparlamentlərin effektiv postmünaqişə mexanizmlərinin yaradılmasındavə ədalətli, dayanıqlı sülhün bərpasında, eləcə də ədalətli vədayanıqlı qlobal iqtisadiyyatın qurulmasında rolu daxildir.
Assambleya plenar debatların ümumi mövzusu üzrə yekun sənədinqəbulu ilə başa çatacaq.