AZ

Ağız qoxusuna səbəb olan məhsullar hansılardır?

Stomatoloq Luis Augusto Manzi bəzi qidaların ağızdan xoşagəlməz qoxuya səbəb ola biləcəyini bildirib.

Ölkə.az xəbər verir ki, o, bu barədə "Metropoles" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, sarımsaq və soğan ağız qoxusu yaradır. Bu məhsullarda olan kəskin qoxulu maddələr qana qarışır və bir neçə saat sonra ağciyərlər vasitəsilə xaric olunur.

Həkim əlavə edib ki, ət və zülal tərkibi yüksək olan digər məhsullar da ağız qoxusuna səbəb ola bilər.

Bundan başqa, siyahıya süd məhsulları və şirniyyatlar da daxildir. Şirniyyatlar ağızdakı bakteriyalar üçün qida rolunu oynayır və bu da qoxunu artırır.

Kofe və spirtli içkilər isə vəziyyəti daha da pisləşdirir, çünki tüpürcək ifrazını azaldır və ağız boşluğunun təbii təmizlənməsinə mane olur.

Həmidə İbrahimova

Seçilən
33
1
olke.az

2Mənbələr