Bakı. Trend:
Azərbaycan dünyanı Bakıya toplayan COP29 tədbirinin ardıncamüasir şəhərsalma təcrübəsinin təqdimatında əhəmiyyətli roloynayacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13)ev sahibliyi edəcək. May ayında keçiriləcək bu tədbirə hazırlıqprosesi bu gün dünyanın diqqətindədir. Ümumiyyətlə indiyədəkölkəmizin ev sahibliyi etdiyi tədbirlərin hər biri yüksəktəşkilatçılığı, uğurlu nəticələri ilə diqqətdə olub. Bu baxımdanÜmumdünya Şəhərsalma Forumunun da yüksək səviyyədə təşkilediləcəyinə və qonaqlar tərəfindən məmnunluq hissi iləqarşılanacağına əminik.
Bu reallıq da hər zaman qeyd edilir ki, keçirilən tədbirlərmüzakirə edilən mövzu ilə yanaşı, məkan baxımından da xüsusiəhəmiyyət daşıyır. Azərbaycanın hər zaman tədbirlərdə daha çoxdiqqət yönəldilən tərəf olduğu diqqətdən kənar qalmır. Bu,ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olmasından, ənəsası ədalətə və beynəlxalq hüquqa söykənən siyasətindən irəligəlir. Dünyanın ən nüfuzlu tədbirlərindən olan Ümumdünya ŞəhərsalmaForumunun 13-cü sessiyasının Bakıda keçirilməsi qərarı Azərbaycanınbeynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlıtərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı ölkənin qlobalmiqyasda nüfuzunun möhkəmlənməsi və yeni əməkdaşlıqplatformalarının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.Dünyanın müxtəlif regionlarından hökumət nümayəndələrinin,beynəlxalq təşkilatların, şəhər idarəetməsi üzrə ekspertlərin,alimlərin və aparıcı şirkətlərin təmsilçilərinin iştirakıAzərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq mərkəzlərindən birinəçevrildiyini bir daha nümayiş etdirir. Sözügedən Forum qlobal şəhəridarəçiliyi, infrastruktur və dayanıqlı şəhər strategiyalarınınmüzakirə olunduğu ən nüfuzlu platformalardan biridir. TədbirAzərbaycan reallıqlarının təbliğində əhəmiyyətli rol oynayacaq.Nəzərə alsaq ki, bu gün Azərbaycan tarixi Zəfərinin, suverenliyinintam bərpasının yaratdığı reallıqlar fonunda sülh təcrübəsinidünyaya təqdim edir, bu halda belə bir tədbirin regionda dayanıqlısülhün, təhlükəsizliyin möhkəmlənməsinə verəcəyi töhfələrinkaredilməzdir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, şəhərsalma və urbanizasiyasahəsində müasir standartlar tətbiq edilməklə Bakıda vərespublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələrölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayır: "İşğaldan azadolunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilədağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulmasıprosesi planlı şəkildə sürətlə davam etdirilir. Azərbaycanın müasirşəhərsalma təcrübəsi Ağdam, Zəngilan və Xankəndi şəhərlərindəkeçirilən Milli Şəhərsalma forumlarında təqdim edildi. Dövlətbaşçısı İlham Əliyevin Xankəndi şəhərində keçirilən ÜçüncüAzərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətindəqeyd olunduğu kimi, Azərbaycanın milli inkişaf strategiyasındaşəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədəşəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalariqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinəuyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuqişləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışınıvə icra imkanlarını nümayiş etdirir. O da qeyd edilir ki, Qarabağvə Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesitəkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regiondauzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusiəhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulanyeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçünəlverişli yaşam imkanları yaradır və şəhərlərin dayanıqlıinkişafına xidmət edir. Azərbaycanın şəhərsalma sahəsində əldəetdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyükmaraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalmasahəsində qlobal çağırışların həllində və innovativ yanaşmalarınformalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədəbeynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı iləbirgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır".
Vüqar Rəhimzadə vurğulayıb ki, şübhəsiz irimiqyaslı qlobaltədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cüsessiyasının (WUF13) yüksək səviyyədə təşkili Azərbaycanın inkişafstrategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəkinailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinəəhəmiyyətli töhfə verəcək: "Ağdam, Zəngilan və Xankəndişəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumlarıÜmumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda mühümmərhələlərdir. Bu tədbirlərdə aparılan müzakirələr şəhərlərinplanlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində stratejitəşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsbedir. Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərinözəlliyi bundan ibarətdir ki, bəzən məkan paytaxt Bakı olsa daiştirakçıların azad edilmiş ərazilərə səfərləri təşkil edilir,yaxud tədbirlərin panel iclaslarından biri bu torpaqlarda təşkiledilir. Bu kimi addımlar Azərbaycan reallıqlarının təbliği üçünmühüm vasitədir. Tədbir iştirakçıları 30 illik işğal dövrünündağıntılarının müasir şəhərsalma ilə əvəzlənməsinin şahidinəşevrilirlər. Bu gün Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Ağdam, Şuşa,Xocalı, Xocavənd, Xankəndi şəhərsalmanın müasir təcrübəsini dünyayatəqdim edir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasıAzərbaycan haqqında təsəvvürlərin gerçəkliklərlə əvəzləndiyi birtədbir olacaq. İlk dəfə tədbirə qatılacaq iştirakçılar Azərbaycanınşəhərlərinin dünyanın gözəl şəhərlər sırasında yer almasınışərtləndirən amilləri yaxından görmək imkanı qazanacaqlar".
Millət vəkili bildirib ki, keçirilən hər bir beynəlxalq tədbiryeni əməkdaşlıq formatlarının yaradılmasında da əhəmiyyətli roloynayır: "Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cüsessiyası çərçivəsində keçiriləcək panel müzakirələri, ikitərəfligörüşlər və əməkdaşlıq platformaları vasitəsilə müxtəlif ölkələrarasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması mümkün olacaq.Azərbaycan əməkdaşlıq məkanı olduğunu növbəti dəfə təsdiqləyəcək.Başqa sözlə Forum sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarınınhəyata keçirilməsinə öz töhfəsimni verəcək. Müasir şəhərsalmatəcrübəsi ilə dünyanın diqqətində olan Azərbaycan üçün tarixiZəfərimizə gedən yolun, həmçinin ölkəmizin sülh təcrübəsinintəqdimatı üçün imkanlar yaranır. Şəhərsalma təcrübəsinintəkmilləşməsində hər bir ölkəninj iqtisadi imkanları əsasdır. Bubaxımdan Azərbaycan dayanıqlı iqtisadi inkişafa nail olmağıntəcrübəsini də tədbir iştirakçılarına çatdıracaq. Forum burealllığa da işıq salacaq ki, səylərin birləşdirilməsi, təcrübəmübadiləsinin aparılması hədəflərə yüksək səviyyədə nail olmağastimul verir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, WUF13 kimi böyükəhəmiyyətə malik olan Forumun paytaxt Bakıda təşkili Azərbaycanınbeynəlxalq platformalarda fəal iştirak edən və qlobal problemlərinhəllinə töhfə verən tərəfdaş kimi mövqeyini daha damöhkəmləndirəcək".