Alexandro Qarnaçonun “Çelsi”yə münasibəti dəyişib.
"Football-plus.az" xəbər verir ki, o, “TikTok” hesabından London klubu ilə bağlı olan bütün videoları silib.
“Daily Mail” nəşrinin məlumatına görə, 21 yaşlı argentinalı futbolçu sosial şəbəkə hesabında yalnız sabiq klubu “Mançester Yunayted”ə aid dörd video saxlayıb. Həmçinin gənc vinger sabiq komandasının azarkeşlərinin onun geri qayıtması ilə bağlı etdikləri çağırış videosunu da öz səhifəsində paylaşıb.
Futbolçunun bunu premyer-liqada “Çelsi” - MY matçına bir neçə gün qalmış etməsi də diqqətdən yayınmayıb.
Qarnaço ötən yay 40 milyon funt sterlinqə MY-dən “Çelsi”yə transfer olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta