Zəngilan. Trend:
Azərbaycan–Rusiya münasibətləri çox sıx və çoxşaxəlidir. Dövlətbaşçıları səviyyəsində davamlı təmaslar mövcuddur vəhökumətlərarası komissiya çərçivəsində konkret tapşırıqlar icraolunur.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bubarədə jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Başnazirinin müavini Aleksey Overçuk deyib.
“Bizim əməkdaşlığımız həqiqətən də hərtərəflidir. Azərbaycantərəfi Rusiya ilə münasibətlərin inkişafına böyük maraq göstərir.Zəngilanda keçirilən iclasda aidiyyəti qurumlara ticarətstrukturunun təhlili və dövriyyənin artırılması üzrə tapşırıqlarverilib.
Bu, ölkələrimizdə yeni iş yerlərinin yaradılması və birgəinkişaf üçün vacibdir”, – deyə Overçuk bildirib.
Rusiya rəsmisi regionda nəqliyyat-logistika infrastrukturununinkişafını yüksək qiymətləndirib.
"Avtomobil yolları şəbəkəsi artıq formalaşıb, həmçininErmənistanın Mehri istiqamətinə gedən dəmir yolu xətti də xeylidərəcədə hazırdır. Biz beynəlxalq keçid məntəqəsindəyik və buradahəm Şimal–Cənub, həm də Şərq–Qərb nəqliyyat dəhlizlərinin tərkibhissəsi olan yeni körpünü görürük. Rusiya Federasiyası buinfrastrukturun tezliklə işlək vəziyyətə gətirilməsindəmaraqlıdır”, – deyə o qeyd edib.
Overçuk əlavə edib ki, yaradılan müasir logistika infrastrukturugələcəkdə Rusiya, İran, Azərbaycan, Naxçıvan və Türkiyəistiqamətlərində yükdaşımaların daha səmərəli həyata keçirilməsinəimkan verəcək.
“Bu layihə bütün ölkələrimiz üçün birgə fayda yaradacaq.Rəşt–Astara dəmir yolunun tikintisinin beynəlxalq “Şimal–Cənub”nəqliyyat dəhlizinin formalaşdırılması baxımından stratejiəhəmiyyət daşıyır. Bu layihə İran limanlarını Rusiya limanları, ocümlədən Baltik dənizi istiqamətində və Moskva ilə birləşdirənmühüm logistika xəttidir.
Biz Rəşt–Astara dəmir yolunun çatışmayan hissəsinin tikintisiprosesindəyik. Hesab edirik ki, bu, Şimal–Cənub BeynəlxalqNəqliyyat Dəhlizinin formalaşdırılmasının mühüm elementidir. Bunagörə də biz bu layihəyə çox böyük maraq göstəririk”, – deyə Overçukbildirib.