AZ

Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Ürək və damar xəstəlikləri ən çox ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir.

AZXEBER.COM xəbər verir ki, ürək xəstəliklərindən danışan türkiyəli həkim Mehmet Ertürk bildirib ki, döş qəfəsinin ortasında hiss olunan, çənəyə və qollara yayılan ağrılar ciddi siqnal hesab olunmalıdır.

Onun sözlərinə görə, koronar arteriya xəstəliyi, o cümlədən miokard infarktı kişilərdə daha çox müşahidə olunur.

Həkim vurğulayıb ki, ürək-damar xəstəlikləri yalnız infarktla məhdudlaşmır. Bu qrupa həmçinin ürək qapaq xəstəlikləri, ritm pozğunluqları, ürək çatışmazlığı və anadangəlmə ürək problemləri də daxildir.

Əsas simptomlar arasında döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə, başgicəllənmə və bədəndə şişkinlik göstərilir. Bəzi hallarda isə xəstəlik halsızlıq, bel ağrısı və ya gəyirmə kimi qeyri-adi əlamətlərlə də özünü göstərə bilər. Ağrı 1-5 dəqiqə ərzində keçməzsə, dərhal tibbi yardıma müraciət olunmalıdır.

Diaqnostika üçün fiziki müayinə, qan analizləri, EKQ, exokardioqrafiya, Holter monitorinqi, MRT və angioqrafiya kimi üsullardan istifadə olunur.

Həkimlər ürək-damar xəstəliklərindən qorunmaq üçün siqaretdən uzaq durmağı, sağlam qidalanmağı, müntəzəm hərəkət etməyi, çəkiyə nəzarət etməyi və stressdən uzaq qalmağı tövsiyə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
azxeber.com

3Mənbələr