AZ

Bakıda beş yol təmirə bağlanır


Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

APA AAYDA-ya istinadən xəbər verir ki, yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq beş yolda təmir işlərinin aparılması planlaşdırılır.

Təmir işləri Rəşid Behbudov küçəsində (Şəmsi Bədəlbəyli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissə), Ziya Bünyadov prospektində (Müzəffər Nərimanov küçəsindən Xəlil Rza Ulutürk küçəsinə qədər, “Koroğlu” metro stansiyası istiqamətində, hissə-hissə), Abbas Mirzə Şərifzadə küçəsində (Əsəd Əhmədov küçəsindən Akim Abbasov küçəsinə qədər olan hissə), Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinə qədər olan hissə) və Bakı Dairəvi yoldan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yolda aparılacaq.


Təmir işləri 17 aprel saat 23:00-dan 20 aprel saat 06:00-dək icra olunacaq.


Göstərilən tarixlərdə nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən məhdudlaşdırılacaq.


"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - məlumatda deyilir.

Seçilən
1
10
apa.az

10Mənbələr