AZ

Ölkədə turizm sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 3163:2026 “Macəra turizmi — Lüğət”, AZS ISO 21101:2026 “Macəra turizmi — Təhlükəsizlik idarəetmə sistemləri —Tələblər”, AZS ISO 21103:2026 “Macəra turizmi — İştirakçılar üçün məlumat” dövlət standartları qəbul edilib.

“İki sahil” xəbər verir ki, bu dövlət standartları macəra turizmi sahəsində təhlükəsizlik və xidmət terminlərinin aydın şəkildə müəyyənləşdirilməsi, turizm fəaliyyətlərini təşkil edənlər üçün təhlükəsizlik idarəetmə sistemlərinə dair tələblərin formalaşdırılması, həmçinin iştirakçılara fəaliyyət başlamazdan əvvəl, fəaliyyət zamanı və tamamlandıqdan sonra təqdim olunacaq məlumatlara dair minimum tələbləri əhatə edir. 

Qeyd edək ki, yeni dövlət standartları Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nəzdində təsis edilən “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Seçilən
0
6
ikisahil.az

7Mənbələr