AZ

Messi İspaniya klubunu aldı

Lionel Messi bu dəfə meydandakı oyunu ilə deyil, futbol dünyasında atdığı yeni addımla diqqət mərkəzinə düşüb. 

Musavat.com xəbər verir ki, Messi futbol klubu satın alıb. Bu barədə transfer xəbərləri ilə tanınan jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb. 

O bildirib ki, Argentina millisinin kapitanı və “İnter Mayami”nin hücumçusu İspaniyanın “Kornelya” klubunu alıb.

Qeyd olunub ki, “Kornelya” İspaniya futbolunun üçüncü divizionunda çıxış edir.

Sövdələşmənin təfərrüatları açıqlanmayıb.

 

Musavat.com

Seçilən
26
18
musavat.com

10Mənbələr