Deputat Hikmət Babaoğlu “Şöhrət” ordeni ilə təltif edilib.
Senzor.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Hikmət Baba oğlu Məmmədov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib.
Qeyd edək ki, sabah H.Babaoğlunun 60 yaşı tamam olur.