Rusiyanın Kamçatka diyarında 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin saytında bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri Ust-Kamçatski dairəsi ərazisində, Krutobereqovo kəndindən 17 km cənub-şərqdə yerləşib.