AZ

Türkiyənin İskenderun limanının yük qəbulu 18 milyon tonu keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026 - cı ilin mart ayında Türkiyənin İskenderun limanı 18 milyon 195 min 985 ton yük qəbul edib.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən 299 min 864 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 2 milyon 975 min 135 ton yük daşınıb.

2026 - ci ilin mart ayında İskenderun limanından tranzit 938 min 961 ton yük aşırılıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyə limanları 4 min 608 gəmi qəbul edib.

“Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 134, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 474 olub.”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Türkiyə limanları 76 milyon 809 min 328 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 10 milyon 818 min 996 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 65 milyon 990 min 332 ton olub”, – deyə nazirlikdən bildirilib.

Seçilən
0
13
turkic.world

10Mənbələr