AZ

Makron İsraillə Livan arasında atəşkəsi alqışlayıb

Fransa Prezidenti Emmanuel Makron İsrail il' Livan arasında atəşkəsi alqışlayıb və ABŞ-nin bu prosesdəki rolunu qeyd edib.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, o, bunu "X" hesabında yazıb.

"Hizbullah" və İsrail arasında atəşkəsə tam dəstəyimi bildirirəm. Həmçinin hərbi əməliyyatların davam etməsi nəticəsində onun pozula biləcəyindən narahatlığımı ifadə edirəm. Livan-İsrail sərhədinin hər iki tərəfində mülki əhalinin təhlükəsizliyinin təmin olunmasını tələb edirəm. "Hizbullah" silahı yerə qoymalı, İsrail isə Livanın suverenliyinə hörmət etməli və müharibəni dayandırmalıdır", - Makron yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 16-da İsrail və Livanın Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəslə bağlı razılığa gəldiyini bildirib.

"Cebheinfo.az"

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr