AZ

ADY sədrinin müavini: 6 il sonra Kürdəmirə qatarla ilk rəmzi səfər baş tutdu

BAKI, 17 aprel. TELEQRAF

"Təxminən 6 il sonra buraya qatarla ilk rəmzi səfər baş tutdu və bu stansiyanın yenidən xidmətə verilməsi dəmir yolları üçün əlamətdar hadisədir".

Teleqraf xəbər verir ki, bunu ADY sədrinin müavini Arif Ağayev Kürdəmir Dəmiryol Stansiyasının əsaslı təmirdən sonra açılışı ilə bağlı tədbirdə deyib.

O bildirib ki, Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir.

"Azərbaycan Dəmir Yollarının buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq", - o vurğulayıb.

Seçilən
16
teleqraf.com

1Mənbələr