AZ

Bakı-Hövsan marşrutu üzrə qatarların hərəkəti bərpa ediləcək

"Bakı-Hövsan marşrutu üzrə qatarların hərəkətinin bərpa edilməsi ilə bağlı işlər aparılır".

Missiya.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

O bildirib ki, 2025-2030-cu illəri əhatə edən dövlət proqramına əsasən, bu istiqamətdə qatarların alınması və mövcud stansiyaların bərpası, dəmir yollarının təmir-bərpası nəzərdə tutulub.

"Bu istiqamətdə artıq layihələndirilmə işlərinə başlanılıb. Həmçinin, qatarların alışı ilə bağlı işlər aparılır. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır".

Seçilən
2
3
missiya.az

4Mənbələr