ain.az, Axsham.az portalına istinadən məlumat verir.
"Avroviziya 2026" təmsilçimiz Jiva ötən gün Amsterdamda keçirilən konsertdə səhnəyə çıxıb.
Axşam.az xəbər verir ki, "AFAS Live" konsert zalında "Avroviziya" iştirakçılarının yer aldığı gecədə Jiva "Just go" mahnısını oxuyub.
İfaçı bildirib ki, 6 min tamaşaçı qarşısında müsabiqə mahnısını oxuyub. O, fotolarını yayımlayaraq "6000 nəfər. Bir an... Dəli kimi gecə idi. İlk dəfə "Just go"nu canlı ifa etdim. Heç vaxt unutmayacağım bir şey" sözlərini yazıb.
Qeyd edək ki, müsabiqə mayın 12, 14 və 16-da Vyanada keçiriləcək.


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.