AZ

Rusiyanın yeni hərbi planı bəlli oldu AÇIQLAMA

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada Kremlin digər ölkələrdə “qanuni” şəkildə ordu yeritməsinə imkan verən xüsusi qanun hazırlanıb. İzaha görə, sənəd guya rusların xaricdə həbsi, saxlanılması və ya cinayət təqibi hallarında qorunması üçün hazırlanıb. Bu, Moskvada qərarları Rusiya Federasiyasının beynəlxalq müqavilələrinə və ya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmadığı təqdirdə tanınmayan xarici məhkəmələrin və beynəlxalq qurumların hərəkətlərinə aiddir.Məsələ ilə bağlı siyasi şərhçi Həşim Səhrablı Demokrat.az-a bildirib ki, qanun layihəsi uzun müddət əvvəl ictimai müzakirələrə açıq şəkildə təqdim olunmuşdu:"Hazırda yalnız birinci oxunuş mərhələsindədir. Onun tam təsdiqlənməsi, Dumada qəbul edilməsi və prezident tərəfindən imzalanması mərhələləri hələ qarşıdadır. Eyni zamanda istisna deyil ki, Rusiya bu layihəni qəbul etmədən əvvəl belə qarşıya qoyduğu məqsədlərə nail olsun və onun qəbuluna ehtiyac qalmasın.İstənilən halda, hazırkı vəziyyətdə əsas müzakirə mövzusu Rusiyanın niyə belə bir qanun layihəsi irəli sürməsidir. Dünya artıq qeyri-müəyyən siyasi proseslər mərhələsinə daxil olub və böyük dövlətlər yeni dünya düzənində öz maraqlarını qorumaq üçün ciddi rəqabət aparırlar".Şərhçi deyib ki, Rusiya iqtisadi, siyasi və hərbi baxımdan ABŞ və Çin kimi güclərlə müqayisədə məhdud imkanlara malikdir."Eyni zamanda beynəlxalq nüfuzu zəifləyib və MDB məkanında belə təsir imkanları əvvəlki səviyyədə deyil. Bu səbəbdən Rusiya öz təsir dairəsini qorumaq və genişləndirmək üçün yeni vasitələr axtarır. Xarici siyasətdə azlıqlar faktorunun qabardılması və bu əsasla digər dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri onun əsas alətlərindən biri kimi dəyərləndirilir. Bu yanaşma eyni zamanda rəqiblərə siyasi mesaj və təzyiq vasitəsi kimi çıxış edir. Qanun layihəsinin qəbul olunub-olunmaması isə Rusiyanın gələcəkdə regional mövqelərini nə dərəcədə möhkəmləndirə biləcəyindən asılı olacaq".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr