AZ

ABŞ və İran uranı birlikdə çıxaracaq

Prezident Donald Tramp ABŞ və İran rəsmilərinin İslam Respublikasından zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlarını bildirib.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "CBS"ə verdiyi müsahibədə danışıb.

O, uranın çıxarılması məqsədilə İrana Amerika qoşunlarının yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı suala Prezident “Xeyr, qoşun olmayacaq” cavabını verib.

“Gəlib onu özümüzlə aparacağıq. Birlikdə çıxaracağıq, çünki bu vaxta qədər razılaşmalar əldə olunacaq və razılaşmalar əldə edildikdə döyüşməyə ehtiyac qalmayacaq”, – deyə o əlavə edib.

Tramp vurğulayıb ki, amerikalılar onu əldə etmək üçün iranlılarla birlikdə çalışacaq: "Daha sonra isə onu ABŞ-yə gətirəcəyik”.

Seçilən
1
1
publika.az

2Mənbələr