AZ

Rusiyalı ulduzun bu qərarı gündəm oldu – Dağıstana böyük dəstək

Rusiyalı müğənni Qriqori Leps Dağıstanda zərərçəkənlərə dəstək üçün xeyriyyə fonduna 5 milyon rubl vəsait ayırıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sənətçinin mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, Leps təkcə maliyyə yardımı ilə kifayətlənməyib. O, bölgədə vəziyyət normallaşandan sonra xeyriyyə konserti də təşkil etməyi planlaşdırdığını açıqlayıb. İfaçı Dağıstanda yaşanan hadisələri bütün ölkə üçün ağır faciə kimi qiymətləndirib.

Qeyd edək ki, martın son günlərində Şimali Qafqazda güclü daşqınlar qeydə alınıb. Təbii fəlakət Dağıstanla yanaşı, digər ərazilərə də yayılıb.

Məlumata görə, Çeçenistanda təxminən 2 min ev su altında qalıb, bölgədə fövqəladə vəziyyət rejimi elan olunub. Maxaçkalada isə üç əsas enerji mərkəzinin su altında qalması nəticəsində 65 min abonent elektrik enerjisiz qalıb.

Həmçinin aprelin 5-nə keçən gecə Dağıstanda son günlər ərzində ikinci dəfə daşqın baş verib. Buna səbəb kimi intensiv yağışlar göstərilib.


Telegram kanalımız
Seçilən
20
1
yenisabah.az

2Mənbələr