AZ

ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

ABŞ-də 2023-cü ildən bəri naməlum şəraitdə kosmosu və nüvə fizikasını öyrənən azı səkkiz alim ya həlak olub, ya da itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, bu siyahıda sonuncu şəxs cari ilin fevralın 27-də Nyu-Meksiko ştatında itkin düşən ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş general-mayoru Uilyam Nil Makkasland olub. Polis bildirib ki, onun telefonu, eynəyi və digər şəxsi əşyaları evdə qalıb, lakin yürüş çəkmələri, pul kisəsi və 38 kalibrli revolveri yerində olmayıb.

“Fox News” yazır ki, Makkasland əvvəllər Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyasına rəhbərlik edib, həmçinin 1943-cü ildə yaradılmış və nüvə tədqiqatları üzrə məxfi fəaliyyət göstərən Los-Alamos Milli Laboratoriyası ilə əlaqəsi olub və məxfi məlumatlara çıxışı olub. Bununla belə, alimin yoxa çıxmasının məhz onun fəaliyyəti ilə bağlı olduğuna dair hər hansı sübut hələ təqdim edilməyib.

Telekanal, həmçinin kometa və asteroidlərin tədqiqi ilə məşğul olmuş NASA-nın əməkdaşı Maykl Hiksi da xatırladır. O, 2023-cü il iyulun 30-da 59 yaşında vəfat edib, lakin ölümünün səbəbləri rəsmi şəkildə açıqlanmayıb.

Daha bir müəmmalı hadisə Los-Alamos Milli Laboratoriyasında çalışmış 53 yaşlı Milissa Kasiyas ilə bağlıdır. O, nüvə silahları sahəsində işləyib və bu sahənin mütəxəssisi hesab olunub. Qadın 2023-cü il iyunun 26-da itkin düşüb.

Bildirilir ki, Ağ Ev artıq bu məlumatlara reaksiya verərək hakimiyyət orqanları tərəfindən araşdırma aparılacağını bəyan edib.

Seçilən
10
2
ikisahil.az

3Mənbələr